Facebook statuslara görə PUL VERƏCƏK

9 İyun 2016 15:30 (UTC+04:00)

Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-un rəhbərliyi istifadəçilərə statuslarına görə pul qazanmaq imkanı yaradacaq.


Movqe.az  bildirir ki, "Gizmodo"-nun məumatına görə, Facebook-un texniki xidməti istifadəçilər arasında sorğu apararaq, statuslara görə pul verilməsi sistemini konkretləşdirməyə çalışıblar. Hələlik üç variant nəzərdən keçirilir: statusa görə pul "mükafat"ı, brendləşdirilmiş kontent və ya Facebook-un reklamlardan əldə etdiyi gəlirlərin bir hissəsi.

 

Bundan başqa, istifadəçilərə "Hərəkətə çağırış" adlı yeni düymədən istifadə variantı da təklif olunub. Bu düymə ianə toplamaq üçün abunəçilərin və "dostlar"ın sayının artırılmasını nəzərdə tutulur.

 

Yeniliyin nə zaman reallaşacağı bəlli deyil./atv.az/