"İnsan bacısı ilə öpüşər? Bu da onun kimi birşeydir"

9 İyun 2016 16:00 (UTC+04:00)

Türkiyənin tanınmış aktyoru Erdal Beşikçioğlu "46 Yok Olan" serialındakı tərəf-müqabili Melis Birkanla çəkildiyi öpüşmə səhnələri barəsində verdiyi açıqlamalarla Türkiyə maqazin mediasının gündəminə gəlib.


Movqe.az  bildirir ki, aktyor onu qınayanlara sərt şəkildə cavab verib.


"O qədər də şorgöz millət deyilik. Məşhurların kinoda öpüşməsi niyə bu qədər müzakirə olunur? Ginekoloqa gedən qadın utanır? İnsan bacısı ilə sevişər? Bu da onun kimi bir şeydir, sənin tərəf-müqabilindir. Mən Melisi bacım kimi görürəm"./milli.az/