Zəvvarlar qəzaya düşdü - 32 ölü, 12 yaralı

10 İyun 2016 10:30 (UTC+04:00)

Sudanda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.Movqe.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudanın şərqində zəvvarları daşıyan avtobus sistern maşını ilə toqquşub. Nəticədə 32 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Qəza paytat Xartum və Port-Sudan şəhərlərini birləşdirən magistral yolda baş verib. Qəzanın məhdud görünmə şəraitində olduğu bildirilir. Kiçik həcc ziyarətinə yollanın zəvvarların Səudiyyə Ərəbistanına getdiyi qeyd olunur.