Bu gün yağış yağacaq

10 İyun 2016 10:50 (UTC+04:00)

Bu gün Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı, gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən movqe.az-a verilən məlumata görə, paytaxtda və yarımadada əsən şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz 22-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 10-da gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-14, gündüz 12-17 dərəcə isti olacaq.