Obama Klintonun prezident olmasını istəyir

10 İyun 2016 10:50 (UTC+04:00)

ABŞ prezidenti Baraka Obama keçmiş dövlət katibi Hilari Klintona prezident seçkilərində rəsmi olaraq dəstək verib.Movqe.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Klintonun seçki qərargahı məlumat yayıb.

"Prezident Obama Hilariyə dəstək verib", - deyə məlumatda bildirilib.Obama hesab edir ki, Klinton prezidentliyə ən yaxşı namizəddir. 

Qeyd edək ki, Demokrat partiyasından namizəd olan xanım Klintonun prezidentlik yolunda ən real rəqibi Respublikaçılar partiyasının namizədi, iş adamı Donald Trampdır.