Sumqayıt-Bakı elektrik qatarının şüşələri sındırıldı

10 İyun 2016 11:19 (UTC+04:00)

Sumqayıt-Bakı elektrik qatarının şüşələri sındırılıb. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçlirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındıran Biləcəri qəsəbə sakinləri olan 2 azyaşlı saxlanılıb. İzahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.