“Eurovision” təmsilçimiz ukraynalı müğənninin klipində

10 İyun 2016 12:56 (UTC+04:00)

"Eurovision" təmsilçilərimizdən olan Dilarə Kazımova ukraynalı müğənni Rojden Anusinin klipində rol alıb. Movqe.az-ın məlumatına görə, ekran işi "Ostansya" adlı mahnıya çəkilib. Qeyd edək ki, D.Kazımovanın yeni təqdim etdiyi "Running" və "Dream" adlı mahnılarının müəllifi də Rojdendir.