MTRŞ 5 özəl telekanalın hesabına maliyyə vəsaiti köçürdü

10 İyun 2016 14:04 (UTC+04:00)

Televiziya və Radio Şurası (MTRŞ) özəl teleradio yayımçılarına ayrılan maliyyənin bölüşdürülməsinə başlayıb. MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov Movqe.az- açıqlamasında deyib ki, 6 telekanaldan 5-i ilə artıq müqavilə bağlanıb. T. Məmmədov bildirib ki, müqavilə bağlayan  5 televiziya kanalının - ATV, Xəzər TV, Space TV, Lider TV və Region TV-nin hər birinin hesabına maliyyə vəsaiti köçürülüb.  Yalnız ANS telekanalı qalıb. ANS də müqaviləni bağlayan kimi onların hesabına vəsait köçürüləcək. Qeyd edək ki, prezidentin sərəncamına əsasən, özəl teleradio yayımçılarına iki milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bu vəsait hər birinə 333 333 manat olmaqla 6 telekanal arasında ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər məbləğdə bölünüb.