Qoyun oğurluğu ilə məşğul olan 4 nəfər tutuldu

10 İyun 2016 14:25 (UTC+04:00)

Ağcabədidə qoyun oğurluğu ilə məşğul olan şəxslər tutulub. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiklərinə görə iyunun 4-də tutulmuş Rövşən Əliyevin, Arif Hüseynovun, Zakir Əliyevin və Məhərrəm İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların mayın 3-də rayon sakini Elgün Məmmədova məxsus fermadan 22 baş qoyun, eləcə də 2015-ci il may ayında Vüsal Hümbətova məxsus fermadan 6 baş qoyun oğurlamaları da müəyyən edilib. Araşdırmalar davam etdirilir.