Prezident icra başçısını işdən azad etdi-RƏSMİ SƏRƏNCAM

10 İyun 2016 15:00 (UTC+04:00)

Ölkə başçısının sərəncamı ilə  bu gün Mübariz Alı oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.M.Ağayevin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında bildirilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mübariz Alı oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 10 iyun 2016-cı il.