Prezident Göyçayın icra başçısını dəyişdi

10 İyun 2016 15:12 (UTC+04:00)

Prezident İlham Əliyev  digər sərəncamı ilə Göyçaya yeni başçı təyin edib. Sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 10 iyun 2016-cı il.