"Mövqe" qəzetinin əməkdaşının yeni kitabı çap olundu

10 İyun 2016 15:23 (UTC+04:00)

"Mövqe" qəzetinin əməkdaşı Novruz Novruzovun "Dümağ gecənin düşüncələri" adlı yeni kitabı işıq üzü görüb. Movqe.az saytının məlumatına görə, N. Novruzovun yeni nəşr olunan kitabında publisistikanın müxtəlif janrlarında yazılmış materiallar yer alıb. Qeyd edək ki, "Dümağ gecənin düşüncələri" müəllifin imzasıyla nəşr olunan sayca 4-cü kitabdır. Bundan əvvəl, N. Novruzov rus dilindən 1986-cı ildə Zoşşenkonun "Qızıl sözlər", 1987-ci ildə Paustovskinin "Səfeh Porsuq" hekayələrini , 2008-ci ildə Aqata Kristinin "Qəhvəyi kostyumlu kişi" romanını, eləcə də 2010-cu ildə Azərbaycan dilindən fransız dilinə "Azərbaycan uşaq nağılları"nı, 2015-ci ildə isə "Şah İsmayıl və digər Azərbaycan dastanlarını" tərcümə edib. 1957-ci ildə Ağdamda dünyaya göz açan N. Novruzov ADU-nun jurnalistika fakultəsində təhsil alıb. Müəllif Movqe.az-a açıqlamasında bildirib ki, yeni nəşr olunan "Dümağ gecənin düşüncələri" adlı kitabı ona indiyədək işıq üzü görən kitablarından daha əzizdir: " Bu kitab mənim imzamla nəşr olunan 4-cü kitabdır. Amma, mənə daha əzizdir. Çünki, əvvəllər kitablar Azərbaycan və fransız dillərinə etdiyim tərcümə əsərləridir. Bu isə, 1975-ci ildə jurnalistika fakültəsinə daxil olanda atamın mənə tövsiyə etdiyi kitabdır, buna görə də mənə daha məhrəmdir".

"Mövqe" qəzetinin və Movqe.az saytının redaktor və müxbir heyyəti N. Novruzovu təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.