Kreml Əliyev, Putin və Sarkisyan görüşü haqda

10 İyun 2016 22:30 (UTC+04:00)

Kreml Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Sankt-Peterburqda üçtərəfli görüşünü istisna etmir. Trend-in verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.Onun sözlərinə görə, bu istiqamətdə iş aparılır: "Əgər bu, yekun olaraq təsdiq edilsə, məlumat verəcəyik".