KİV: İŞİD lideri əl-Bağdadi yaralanıb

10 İyun 2016 20:30 (UTC+04:00)

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi və terror qruplaşmasının komandirlərindən bir neçəsi İraq-Suriya sərhədində koalisiya qüvvələri tərəfindən endirilən avizərbərlər nəticəsində yaralanıb.

Movqe.az-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ərəb mətbuatı məlumat yayıb.

"Al Sumaria" telekanalı bildirib ki, beynəlxalq koalisiya qüvvələri İŞİD-in İraq-Suriya sərhədində yerləşən qərargahına aviazərbələr endirib.

"Əldə edilən məlumatlara görə, qərargahda olan əl-Bağdadi və bəzi İŞİD komandirləri yaralanıb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, əvvəllər də İŞİD liderinin yaralanması və ölməsi ilə bağlı xəbərlər yayılmış, lakin bu xəbərlər təsdiqini tapmamışdı.

Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi İŞİD-ə 2014-cü ilin iyunundan rəhbərlik edir.