Bakıda maşın ustanın başına düşdü

10 İyun 2016 17:16 (UTC+04:00)

Bakıda avtotəmir sexində işləyən şəxsin üzərinə avtomobil düşüb. Movqe.az report-a istinadən bildirir ki, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" y/s, ev 26 ünvanın qarşısında yerləşən avtotəmir sexində qeydə alınıb. Orada usta işləyən Seymur Qurbanovun baş nahiyəsinə avtomobil düşüb.

S.Qurbanov kəllə-beyin travmasi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.