Gəncədə bankomatdan vətəndaşların pullarını oğurlayan şəxs saxlanılıb

10 İyun 2016 18:00 (UTC+04:00)

Gəncədə vətəndaşları aldadaraq bankomatlardan onların hesablarından pul oğurlayan şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata, vətəndaşların şikayəti əsasında Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşları əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində şəhər sakini, 1982-ci il təvəllüdlü Əli Əzizov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, şəhərin müxtəlif ərazilərində bankomatların qarşısında dayanaraq oradan pul çıxarmaq istəyən vətəndaşları "hesabınızda pul yoxdur" deyərək aldadıb və sonra onların hesabından çıxan pulu oğurlayıb.  Təxminən 6 nəfərin hesabından 2 min manata yaxın pulu mənimsəyən Ə. Əzizov barəsində Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə cinayət işi başlayıb.