Ən varlı “Formula-1” pilotunun adı açıqlanıb

10 İyun 2016 20:00 (UTC+04:00)

Məşhur "Forbs" jurnalı ən varlı "Formula-1" pilotlarının siyahısını açıqlayıb. Reytinq cədvəlində ilk yer Lyuis Hemiltona məxsusdur. Son 1 il ərzində o, 46 milyon dollar qazanıb.

Sonrakı yerləri Sebastyan Fettel (41 milyon), Fernando Alonso (36.5 milyon) və Niko Rosberq (21 milyon) tuturlar.