Ukrayna ordusunda əcnəbilər qulluq edə biləcək

10 İyun 2016 18:42 (UTC+04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko "Ukrayna silahlı qüvvələrində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hərbi xidmət keçməsi ilə bağlı" fərman imzalayıb. "Fərmanla Ukrayna silahlı qüvvələrində əvvəllər xidmət keçməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması ilə bağlı könüllü şəkildə və vicdanla xidmətlərini yerinə yetirməyə imkan veriləcək" deyə Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilir. Qeyd edək ki, Ukrayna artıq 2 ildir ki, Rusiya və onun Ukrayna ərazisində yaratdığı yalançı "respublikalar" la elan olunmamış müharibə şəraitindədir. Hazırda Ukrayna ordusunun müharibənin ilk illərində üzləşdiyi texnika və şəxsi heyət çatışmazılıqlarının aradan qaldırılması üçün işlər görülür.