Məhəmməd Əli dəfn edildi

11 İyun 2016 10:00 (UTC+04:00)


İyunun 3-də 74 yaşında dünyasını dəyişmiş əfsanəvi amerikalı boksçu Məhəmməd Əli anadan olduğu Luisvill şəhərində dəfn edilib.

Movqe.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, M.Əli ilə vida mərasimi 15 min tamaşaçı tutumu olan stadionda keçirilib. Dəfndə yalnız mərhumun ailə üzvləri və yaxınları, həmçinin ABŞ-ın keçmiş Prezidenti Bill Klinton və İordaniya Kralı II Abdullah iştirak edib.

Məhəmməd Əlinin dəfnində bilet qalmaqalı (FOTO)

Qeyd edək ki, 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən əfsanəvi idmançı öz dəfn mərasimini beş il bundan əvvəl ssenariləşdirmişdi.