İrem Dericinin keçmiş əri yeni sevgilisiylə

11 İyun 2016 12:00 (UTC+04:00)
İrem Dericinin keçmiş əri yeni sevgilisiylə

Türkiyəli müğənni İrem Derici həyat yoldaşından ayrılandan sonra Selami Şahinin oğlu Lider Şahinlə sevgi yaşayır. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin Liderlə sevgili olduğu xəbəri yayılan günün axşamı, keçmiş həyat yoldaşı Rıza Esendemir sarışın xanımla baş-başa yemək yeyərkən görüntülənib. Həmin xanım üzünü gizlətməyə çalışıb, Esendemir isə müxbirlərdən onları çəkməməyi rica edib. Bunun ardınca, cütlük yeməklərini bitirməmiş, taksiyə oturaraq, məkanı tərk ediblər. 

Qeyd edək ki, İrem Dericinin sevgilisi Lider Şahinin atası Selami Şahin və anası Didem Şahin, oğullarının müğənni ilə münasibətindən danışarkən bunları qeyd ediblər:
 
"Subay insanlardır. Təbii ki, sevgililəri olacaq. İstədikləri insanla münasibət qura bilərlər".