Balacaboy cütlüyün böyük sevgisi - fotolar

11 İyun 2016 12:30 (UTC+04:00)
Balacaboy cütlüyün böyük sevgisi - fotolarBraziliyalı Paulo Qabriel da Silva Barros və Kathusia Hoshino dünyanın ən qısa boylu adamıdır. Buna baxmayaq cütlük dünyanın ən böyük sevgisini yaşayır. 

Movqe.az  xarici mətbuata istinadən xəbər verir ki, 88 sm boyu olan 30 yaşlı Barrosla 89 sm boyu olan 28 yaşlı Hoshino ölkələrinin gündəmində əsas mövzuya çevriliblər. Onlar 10 il əvvəl sosial media vasitəsilə tanış olublar. Barros, "Hoshinonu ilk gördüyüm anda aşiq oldum" deyə, bildirib.

Kathusia isə bunun əksini söyləyib. O, sevgilisini ilk görəndə əsəbləşdiyini və ona sosial şəbəkədə izləmə qadağası qoyduğunu söyləyib. Nifrətlə başlayan sevgi gün keçdikcə daha da böyüyüb. Hoshinonun nifrətini sevgiyə döndərən "balacaboy qəhrəman" kilometrlərlə yol qət edərək, K.Hoshinonu axtarıb tapıb. Onun yaşadığı qəsəbəyə gələn Barros sevgisini bu dəfə sosial şəbəkədən deyil, üzünə qarşı söyləyib. Gənc xanım sevgi etirafına qarşılıq göstərib. Bir müddət görüşən sevgililər, daha sonra birlikdə yaşamağa qərar veriblər. İndi isə onlar evləniblər. Yaxın illərdə bu sevgidən övladlarının dünyaya gələcəyini arzu edirlər.