“Kösem Sultan”ı bəyənmədi

11 İyun 2016 13:30 (UTC+04:00)
Türkiyəli aktrisa Nurseli İdiz verlişlərin birində "Kösem Sultan"a söz atıb. 

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Beren Saat və Hülya Avşarın oynadığı "Muhteşem Yüzyıl Kösem"in istənilən reytinqi əldə etməməsinə münasibətini bildirib: 

"Tez-tez reklam olunan işlər istənilən nəticəni vermir. Beren Saat "Kösem Sultan"ı özününküləşdirə bilməyib. Rolunu bu günə uyğunlaşdırıb oynayır. Bir az da çalışması lazım idi".