Penitensiar Xidmətin yeni rəisi kollektivə təqdim olunub

11 İyun 2016 17:30 (UTC+04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yeni rəisi Ceyhun Həsənov bu gün kollektivə təqdim olunub.

 

Movqe/az-ın məlumatına görə, yeni rəisi kollektivə ədliyyə naziri Fikrət Məmmədov təqdim edib.

 

Qeyd edək ki, C. Həsənov prezident İlham Əliyevin iyunun 10-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin olunub.

 

C.Həsənov buna qədər Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olub.

 

Penitensiar xidmətin rəisi Mədət Quliyev 2015-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinə rəisi təyin edildikdən sonra Penitensiar Xidmətin rəisi vəzifəsi vakant qalırdı.