Məşhur cütlüyün dəbdəbəli toyu oldu - fotolar

11 İyun 2016 20:00 (UTC+04:00)
Kapri adasında dünyanın ən məşhur dəb ustalarından olan, "L'Uomo Vogue"un stilist və redaktoru Covanna Battalinin və isveçli Oskar Enqlebertanın toyu baş tutub. 

Movqe.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, gecənin ən diqqət çəkən məqamı Covannanın gəlinlik libası olub. Uzun şleyfli və güpürlü libas "Alexander McQueen" moda evindəndir. 

Toyun qonaqları arasında moda dünyasının tanınmış simaları - dizayner Piter Dundas, model Nataşa Poli, şahzadə Beatris və başqaları yer alıb.