Məşhur serial cərimələndi : dodaquçuldadan məbləğ

12 İyun 2016 14:00 (UTC+04:00)

Məşhur serial cərimələndi : dodaquçuldadan məbləğ
Ali Televiziya Qurumu RTÜK reytinqli seriallarından olan "Arka Sokaklar" cərimələyib.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb serialdakı səhnələrin tələblərə cavab verməməsidir. 

Serialda şiddət, qorxu, qanlı səhnələr olduğuna görə Ali Televiziya Qurumu RTÜK tərəfindən cərimələnib. Cərimənin miqdarının 300 min türk lirəsi ( təxminən 150 min manat ) olduğu bildirilir.