Gürcüstandakı zəlzələ Azərbaycanda da hiss olundu

12 İyun 2016 16:00 (UTC+04:00)

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub. Bu barədə Movqe.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 04:53-də Zaqataladan 58 km şimal-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.1, dərinliyi 3 km olan zəlzələ Azərbaycanın yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.