Məşhur müğənninin eks-əri AXTARIŞDA

12 İyun 2016 19:30 (UTC+04:00)

Məşhur müğənninin eks-əri AXTARIŞDA
Türkiyəli müğənni İşın Karacanın iki il öncə boşandığı həyat yoldaşı oğurluqda ittiham olunur.

Movqe.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin keçmiş əri və prodüseri Sedat Doğanın fırıldaqçı olması ilə xəbərlər yer alıb. Bildirilir ki, S.Doğan oğurluqla məşğuldur. 

S.Doğanın birgə çalışdığı şəxs bu barədə sosial şəbəkədə də yazıb:

"Dostlar, məlumatınız olsun ki, fotoqraf Sedat bizdən 2 ədəd fotoaparat, telefon və 2 ədəd planşet aldıqdan sonra yoxa çıxıb. Sedatı görənlərdən xahiş edirik bizə xəbər etsin".