Hər ötən gün daşa dönür – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
13 İyun 2016 10:40 (UTC+04:00)
Hindistanlı Rameş Kumari getdikcə daşa
dönür.
Movqe.az xəbər
verir ki, hindistanlı uşaq anadangəlmə dəri xəstəliyindən əziyyət
çəkir. Doğulduqdan 15 gün sonra körpənin dərisi soyulmağa, yerini
daş kimi sərt dəri təbəqəsi almağa başlayıb. Dözülməz ağrılarla
üz-üzə qalan uşağın xəstəliyinin çarəsi tapılmır. Onu ölkənin ən
yaxşı həkimləri müayinə etsə də, ona heç cür kömək edə
bilmir.
Xəstəlik Rameşə gəzməsinə və danışmasına da mane
olur. Onun daşlaşmış dərisi uşaqları qorxutduğu üçün heç kimlə
ünsiyyət qura, dostluq edə bilmir. Balaca Rameşin valideynləri isə
uşaqlarının bu hala düşməsinə görə çox əzab çəkir: "Oğlumun
müalicəsi yoxdur, nə edəcəyimizi bilmirik. Bizə heç kim kömək
etmir. Oğlum danışa bilmir, ancaq yemək istəyəndə və tualetə getmək
istəyəndə müəyyən jestlər və səslərlə bizə xəbər verməyə çalışır.
Onu görən hər kəs qorxudan qaçır. Bu yaşananlar bizim və onun üçün
dözülməzdir. Onu ən yaxşı həkimlərə aparmışıq, ancaq müalicə üçün
külli miqdarda pul lazımdır. Bizim isə o qədər pulumuz
yoxdur".
Lakin 11 yaşlı Rameşin şəkilləri sosial
şəbəkələrdə yayıldıqdan sonra ingiltərəli müğənni Coss Stoun Rameşə
kömək etmək qərarına gəlib. O, xeyriyyə konsertləri verib və
müxtəlif təşkilatlardan daşlaşan uşağın müalicəsi üçün ianə
toplamağı xahiş edib. Toplanan vəsait hesabına Rameş Kumari
Katmandu Səhiyyə Universitetində müalicəyə başlayıb. Bu xəstəliyə
çarə tapılmasa belə, həkimlər onun dözülməz ağırlarının qarşısını
almaq üçün əllərindən gələni əsirgəməyəcəyini
bildirib./big.az/