Bakıda şagird şagirdi bıçaqlayıb

13 İyun 2016 11:00 (UTC+04:00)

 Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi olub.Movqe.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin şagirdi, 15 yaşlı Rüstəm Camalov 14 yaşlı Bayraməli İmanovu bıçaqlayıb. Qarın nahiyəsindən ağır bıçaq xəsarəti alan şagird xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır./apa/