Qaraməryam-İsmayıllı-Şəki avtomobil yolunu sel dağıtdı

13 İyun 2016 11:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, iyunun 12-də yağan güclü yağış və dolu nəticəsində Qaraməryam-İsmayıllı-Şəki avtomobil yoluna ciddi ziyan dəyib. Movqe.az-ın məlumatına görə, hadisə nəticəsində yolun 8-ci kilometrliyindən 23-cü kilometrliyinə qədər olan hissəsində olan körpülər, suötürücülər və yol təsrrüfatına aid olan bütün qurğular sel sularının gətirdiyi daş-çınqıl, ağac kötükləri və torpaq lilləri ilə dolub. Nəticədə yolun 15 kilometrdən artıq hissəsi yararsız vəziyyətə düşüb./trend/