Rejissor evində ölü tapılıb

13 İyun 2016 12:50 (UTC+04:00)

Tanınmış türkiyəli rejissor Caner Ceyhan evində ölü tapılıb.


Movqe.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bir çox film və serialda rejissor, rejissor köməkçisi kimi çalışan 33 yaşlı Canerdən dostları xəbər almayanda polisə gedib. Evə gedən polislər qapını sındıraraq içəri daxil olublar. 


Rejissorun ölüm səbəbini araşdırmaq üçün cəsədi ekspertizaya göndərilib. Ceyhanın evində bir məktub da tapılıb.