İlham Əliyev Bundestaqla görüşməməsi yaxşı dərs oldu

13 İyun 2016 12:45 (UTC+04:00)

Prezident İlham Əliyevin Bundestaqa cavabı  digər Türk dövlətlərinə örnəkdir.

Bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti,tanınmış ictimai fəal Aqil Acalov bildirib.

"Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri vacib idi. Prezident elə bir zaman səfər etdi ki, Bundestaq saxta erməni soyqırımını tanımışdı. Prezidentin mətbuat konfransında önəmli açıqlamalar verməsi səfərin nə qədər önəmli olduğunu göstərdi.  Ən yadda qalan hadisə isə, cənab prezidentin Bundestaqla görüşdən imtina etməsi idi. Bu, Bundestaqa gözəl etiraz və dərs oldu. İnanırıq ki, alman ictimaiyyəti də saxta qanuna qarşı öz etirazını bildirəcək."

A.Acalov Türkiyə-Azərbaycan münasibətlərinə toxundu:

"Türkiyə-Azərbaycan qardaş dövlətdir və beynəlxalq arenada birgə mövqe çıxış edirlər. İstərdim ki, digər Türk dövlətləri də bu məsələdə birgə addım atsınlar və ortaq mövqe sərgiləsinlər. Çünki,Türk dünyasının malik olduğu potensial buna imkan verir. Erməni yalanlarını müdafiə edənlərə qarşı birfə mübarizə aparmaq böyük effekt verə bilər."