SOCAR DSMF və dövlət büdcəsinə ödənişləri azaldıb

13 İyun 2016 13:30 (UTC+04:00)

Bu ilin may ayında SOCAR tərəfindən dövlət büdcəsinə 117,806 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 14,29 mln. manat və ya 10,82% azdır.


SOCAR-dan Movqe.az-a  verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-may aylarında büdcəyə 562,781 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,261 mln. manat və ya 6,98% azdır.


Bundan əlavə, bu ilin may ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12,251 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 1 mln. 3 min manat və ya 8,92% çox olub.

 

Ümumiyyətlə, bu ilin yanvar-may aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 57,359 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 483 min manat və ya 0,83% azdır.