Qolbaq telefon hazırlandı

13 İyun 2016 20:30 (UTC+04:00)

"Lenovo" şirkəti müasir telefon sahəsində ilkə imza atıb.


Movqe.az anspress-ə istinadən bildirir ki, mobil telefon sahəsində inqilab edən şirkət yeni bükülüb yığıla bilən telefonlar istehsal edib.


San-Fransiskoda təşkil olunan təqdimat mərasimində "Lenovo" bükülərək qolbaq kimi qola taxılan və yenidən qatlanıb adi mobil telefon halına salınan telefonların təqdimat mərasimini keçirib.


Bu sahədə bir çox elektron cihaz istehsalı ilə məşğul olan şirkət iş aparıb. "Lenovo" ilə bərabər "Samsung" da korpusu əyilə bilən smartfonlar istehsal etmək fikrindədir. Bu şirkət hətta ABŞ-da paten də alıb. 


Bildirilir ki, əyilə bilən smartfonları paltara hər hansı bir yolla da möhkəmləndirmək olacaq.


Amma qeyd etmək lazımdır ki, hələlik əyilə bilən smartfonların praktik üstünlüyü naməlumdur. İnnovasiya naminə innovasiya mənasızdır. Gələcəkdə bu innovasiyanın hər hansı üstünlüyünün olması da istisna deyil.