Musiqili Teatrın “Formula 1” həftəsi üçün repertuarı

13 İyun 2016 14:00 (UTC+04:00)

17-19 iyun tarixlərində Bakı şəhərində "2016 Formula 1 Avropa Qran Prisi" baş tutacaq. 


Qurumun mətbuat katibi Samir Sədaqətoğlu Movqe.az-a bildirib ki, Dövlət Musiqili Teatrı "Formula 1" həftəsində xüsusi repertuarla çıxış edəcək.

 

"17-19 iyun tarixlərində ölkəmiz daha bir ilkə imza atacaq. Məhz bu günlərdə Azərbaycanda ilk dəfə "Formula 1" yarışları keçiriləcək. Dövlət Musiqili Teatrı bu yarışma ilə əlaqədar olaraq bu həftə xüsusi repertuarla çıxış edəcək. Nümayiş olunacaq R. Hacıyev, E. Ocaqov, F. Zöhrabovun "Talelər qovuşanda" və O. Kazımi, R. Heydərin "Qızıl toy" səhnə əsərləri ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim ediləcək. "Formula 1" yarışması münasibətilə Bakıya gələn qonaqları da qarşılamağa hazırıq", - deyə teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.