"Azəravtoyol"un 130-dan çox işıq plafonu oğurlandı

13 İyun 2016 14:09 (UTC+04:00)

Bakıda "Azəravtoyol" ASC-yə məxsus işıq plafonları oğurlanıb.


Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Suraxanı rayon Polis İdarəsi 33-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da "Azəravtoyol" ASC-yə məxsus 132 ədəd işıq plafonunu oğurlamış Bakı şəhər sakini Eldəniz Quliyev tutulub.