İnqrid Şovin ikinci dəfə ana olub

13 İyun 2016 16:07 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu xoşbəxtlik İnqrid Şovin üçün tapıntıdır. Ürək çatışmazlığından ölən oğlu-balaca Ceyindən iki il sonra aktrisa oğlan doğub və onu Tom adlandırıb. "Möcüzə baş verirmiş kimi hər şey sanki göydən düşdü... TOM – 10.06.16. Sizi qucaqlayıram", o, facebook səhifəsində belə yazıb.Ötən həftə səbirsizliyini fanatları ilə bölüşmüşdü. "Tik tak, tik tak, tik tak... Bəzi düşüncələrim sizə doğru uçur, ümidvaram ki, hamınız yaxşısınız", o, yumru qarnı açıq görünən bir şəklinin altında yazmışdı.Demək lazımdır ki, İnqrid Şovin və onun rejissor əri Tiyeği Peysi uşağın doğulmasını səbirsizliklə gözləyirdilər.