“Qısa geyinib kiminsə ailəsini dağıtmıram...” - Xatirə İslam

13 İyun 2016 18:10 (UTC+04:00)

Müğənni Xatirə İslam Türkiyənin Antalya şəhərinə səfər edib.


Movqe.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailəsi ilə istirahət edən sənətçi sosial şəbəkədə fotolar paylaşıb.


Xatirənin şortikdə çəkilən fotoları izləyicilər tərəfindən birmənalı qarşılanmayıb, müzakirə mövzusuna çevrilib.


İfaçı "Qafqazinfo"ya açıqlamasında geyimi ilə bağlı onu tənqid edənlərə cavab verib:


"Azərbaycanda müğənnilər arasında ən uzun paltar geyinənlər sırasındayam. Yetim əlində qoğal pis görsəndi. Nədənsə, məndə belə şeyləri pis görürlər. Dənizin qırağında nə geyinməliyəm? Qısa geyinən müğənnilər pisdi? Onda niyə sevirsiz, bağrınıza basıb toya çağırırsız? Bir instaqramı açın, görün ki, kimlər nə geyinir? Qısa geyinən müğənnilərə də heç vaxt pis baxmamışam.


Onlara canım qurban. Yaydı, qoy lap qısa geyinsinlər, camaat istidən bişməlidi? Namus, qeyrət qısa geyimlərlə ölçülmür. Çox qadınlar qısa geyinir. Qısa geyinib ev yıxmıram, kiminsə ailəsini dağıtmıram, pis-pis işlər görmürəm, oğurluq etmirəm. Neynəmişəm? Qısa geyinmişəm, əcəb etmişəm. Hava istidi, nə etməliyəm? Ürəyim istəyər, paltar belə geyinmərəm, sərbəst insanam".