Masallıda ev yandı

14 İyun 2016 10:00 (UTC+04:00)

Masallı rayonu, Banbaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.


Movqe.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.