Reytinqli serialın izləyicilərinə pis xəbər

14 İyun 2016 10:30 (UTC+04:00)

Türkiyənin məşhur və reytinqli seriallarından sayılan "Eşkiya dünyaya hükümdar olmaz" serialının izləyicilərinə pis xəbər var.


Movqe.az "Sözcü"yə istinadən xəbər verir ki, ekran işi bu gün mövsüm finalına çıxacaq. Serialın davamı isə sentyabrdan sonra yayımlanacaq.


Qeyd edək ki, bu serialın ilk mövsüm finalıdır.