Azərbaycan Dillər Universitetində "Brand Training" təlimi keçiriləcək
14 İyun 2016 10:50 (UTC+04:00)
Movqe.az bildirir ki, 19 iyun saat
12:00-da Azərbaycan Dillər Universitetində, respublikanın "PR" və
"Marketing" sahəsində ixtisaslaşmış təlimçiləri tərərfindən "Brand
Training" təlimi keçiriləcəkdir. Artıq məlum olduğu kimi təlim
hal-hazırda gündəmdə aktual sahələr olan PR və Marketing sahələrini
əhatə edəcək. Təlim 2 hissədən ibarətdir: İlk hissə Marketing
haqqında zəngin informasiyaya malik olan,həmçinin "189
Taxi","From.ae", və "Camex.az" şirkətlərinin Marketing rəhbəri
Samir Kərimov tərəfindən keçiriləcəkdir. Təlimin bir o qədər
maraqlı digər hissəsini ölkənin ən aktiv PR mütəxəsislərindən biri
olan həmçinin PR akademiya şirkətinin rəhbəri Nuranə Ağazadə
keçəcəkdir. Təlimdə yerlər məhtut olduğundan,qeydiyyat üçün
tələsin. Qeydiyyatdan keçmək üçün: (+994775037948) əlaqə nömrəsinə,
ad və soyad yazmağınız kifayətdir. Təlimdə iştirak edən hərkəs,
SERTİFİKATla təmin olunacaq.