Acunun sevgilisini təhqir etdi, cəzalandı

14 İyun 2016 19:30 (UTC+04:00)

Türkiyənin məşhur aparıcısı Acun İlicalının sevgilisi və qızının anası Şeyma Subaşı müğənni Arto tərəfindən təhqir edilib. Ş.Subaşı onu məhkəməyə verib. Movqe.az  "Sabah"a istinadən xəbər verir ki, Arto məhkəmədə təhqir dolu mesajları səhvən Şeymaya göndərdiyini söyləyib. Bu səbəbdən müğənni məhkəmə tərəfindən cəzalandırılıb. Belə ki, Arto qarşıdakı 116 gün boyunca hər gün məhkəməyə yüksək miqdarda pul ödəyəcək.