Baş ağrılarını dərmansız aradan necə qaldırmaq olar?

15 İyun 2018 10:00 (UTC+04:00)

Bu gün insanların əksəri baş ağrısından şikayət edir. Əslində orqanizmdə gedən problem her hansı səbəbdən baş verir. Milli.Az  bildirir ki, qadınlarda bu problem adətən hormonal pozğunluqdan qaynaqlanır.

 

Limon aromaterapiya sayəsində başağrılarını aradan qaldırmaq mümkündür. Bir parça limonu əlinizdə ovuşdurub, əzin məcun halına salıb, üzünüzə və alnınıza çəkin.

 

Baş ağrılarına səbəb olan amillərdən biri də stresdir. Stress nəticəsində boyun sonra baş ağrıları yaşanır. Oturduğunuz yerdəcə, kürək əzələlərini hərəkətə gətirərək ağrıları yüngülləşdirə bilərsiniz. Streslə bağlı baş ağrılarında yastığa bir neçə damcı lavanda yağı tökməklə bu problemi yüngülləşdirə bilərsiniz.

 

Baş ağrıdıqda müəyyən nöqtələr var ki, onu massaj etməklə  yüngülləşmək olar. Gicgahdakı nöqtələri barmaqla massaj edərək baş ağrısından qurtula bilərsiniz.  

 

Miqren tipli baş ağrıları olan adamlara qaranlıq bir otaqda dincəlmək məsləhətdir.

 

Ayaqları isti vanna etmək baş ağrılarını dəf edər. Həmçinin isti duş da bu problemi yüngülləşdirir.

 

Başa buz torbası qoymaq da ağrıları keyləşdirir./milli.az/