AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin məqsədi məlum oldu

14 İyun 2016 11:17 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda iyunun 15-17-də Azərbaycana səfər edəcək.


Movqe.az-ın məlumatına görə, səfər çərçivəsində AŞPA həmməruzəçiləri Milli Məclisin sədri Oqtay Əsədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə, o cümlədən vətəndaş cəmiyyətinin, mətbuat və Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəklər.


Səfər çərçivəsində həmməruzəçilər və belçikalı deputat Alan Destexe həmçinin müşahidəçi qismində 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə monitorinq keçirəcəklər.