Dəniz özüllərində mərkəzdənqaçma növlü nasosların tətbiqinə başlanılıb

14 İyun 2016 11:22 (UTC+04:00)

"Azneft" İstehsalat Birliyində istehsalat prosesi zamanı mütərəqqi və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində mühüm işlər görülür, yeniləşmə prosesi həyata keçirilir, istismar müddətini başa vurmuş avadanlıqlar yeniləri ilə əvəzlənir.

Movqe.az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, Birliyin 28 May adına Neft və Qazçıxarma İdarəsinin 4 nömrəli dərin dəniz özülündə istismar müddətini başa vurmuş nasoslar "Sulzer" OHH 6-4x6-16 tipli yeni nasoslar ilə əvəzlənərək istismara verilib. Bu nasoslar özüldə hasil olunan neftin "Neft Daşları"ndakı yığım parkına fasiləsiz nəqlinə şərait yaradıb. Yeni nasosların əvvəlkilərdən fərqi dövrlər sayının avtomatik tənzimlənməsidir. Mərkəzdənqaçma növlü nasosların dövrlər sayının tənzimlənməsi "Azneft" İstehsalat Birliyində ilk dəfə tətbiq olunur.


Hazırda "Sulzer" markalı nasosların digər dəniz özüllərində tətbiqi istiqamətində də işlər davam etdirilir.