Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir

14 İyun 2016 11:30 (UTC+04:00)

Azərbaycanda geni dəyişdirilmiş bütün bitki və bitki materiallarının istifadəsi qadağan edilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Toxumçuluq haqqında" qanuna əlavə təklif edilir.

 

Qanunun 26-cı maddəsinə edilən təklif edilən əlavəyə görə, toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.

 

Qanunun pozulması İnzibati Xətalar və Cinayət məcəllələri ilə məsuliyyət yaradacaq./apa/