Zakir Qaralovun cənub bölgəsində keçiriləcək qəbulunun vaxti dəyişdirilib

14 İyun 2016 11:50 (UTC+04:00)

 Baş Prokurorluq cənub bölgəsində yaşayan vətəndaşlara müraciət edib.

 

Qurumun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun iyunun 17-də Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.

 

Qəbul iyunun 24-də saat 11:00-da Lerik rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.