"Xəzər Lənkəran" və "Qəbələ"nin sabiq futbolçusu "Qarabağ"da

14 İyun 2016 12:10 (UTC+04:00)

"Xəzər Lənkəran" və "Qəbələ"nin keçmiş futbolçusu Elsevər Bəkirzadə "Qarabağ" futzal klubu ilə anlaşıb.Movqe.az goal.az-a istinadən məlumata görə, futbolçu 2 həftə əvvəl Moskvaya yollanıb. Moskvanın həvəskarlar liqasında çıxış edən "Qarabağ" peşəkar klub olmadığından tərəflər arasında rəsmi müqavilə imzalanmayıb. Xatırladaq ki, Elsevər Bəkirzadə  bu mövsüm "Şəmkir"in heyətində çıxış edib.