Son zəng çalındı, minlərlə şagird orta məktəb
illərinə "əlvida" deyib yeni həyata qədəm qoyur. Paytaxt məzunları
sırasında məşhurların da övladları var.
Movqe.az publika.az-a
istinadən övladları məzun olan məşhurları təqdim
edir:
Xalq artisti Nəzakət Teymurovanın yeganə övladı
Nigar "Dünya məktəbi"nə bitirib. Xanəndə xanım qızının tezliklə
tələbə adını qazanacağına əmindir:
"Qızım savadlı və ağıllıdır, inanıram ki, bu il
tələbə adını qazanacaq. Sənədlərini 3-cü qrupa verib. Mən onun
ingilis dili müəlliməsi olmasını istəyirəm, atası isə hüquqşünas.
Amma Nigar ya ingilis, ya da fransız dili üzrə tərcüməçi olmaq
arzusundadır".
Əməkdar artist, rejissor və aktyor Nicat Kazımovun
oğlu Mirsənan
Kazımlı da məzun olanların sırasındadır. Atatürk
liseyini bitirən Mirsənan xaricdə təhsil almağı planlaşdırıb.
Atasının dediyinə görə Türkiyədə oxumaq arzusunda olan oğlu onun
yolunu davam edirəcək, gələcəyin səhnə adamı
olacaq.
Tünzalə Ağayevanın gözünün ağı-qarası bircə övladı
olan Fidan da orta məktəb illərinə "əlvida" deyib. Qızının sevincli
günündə qürur hissi keçirdiyini deyən əməkdar artist peşə seçimini
Fidanın ixtiyarına buraxıb. Dediyinə görə Fidan anası kimi
incəsənət sahəsində çalışmayacaq: "Sənədlərini birinci qrupa təqdim
edib. İxtisas seçiminə müdaxilə etməmişəm. Öz
seçimidir".
Əməkdar artist, aktyor Nofəl Vəliyevin qızı Qönçə
də bu il məzun olan məşhurların övladları sırasındadır. Atasıın
dediyinə görə Qönçənin gələcək peşə seçimi valideynlərin də
ürəyincədir. Belə ki, Qöncə sənədlərini 3-cü qrupa təqdim edib,
universitetə hazırlaşır.