Qızıl UNİTAZLAR - Trampın 100 milyonluq "Boeing"i – FOTOLAR

15 İyun 2016 11:40 (UTC+04:00)

Sosial şəbəkələrdə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın təmtəraqlı təyyarəsinin şəkilləri paylaşılıb.


Movqe.az  xəbər verir ki, üzərində "TRUMP" yazısı olan təyyarənin şəkilləri "Delfi.lv" saytı dərc edib.


"Boeing 757-2J4ER" 1991-ci ildən kiçik aviaşirkətlər tərəfindən Danimarka və Meksikada istifadə olunurdu. Onu 1995-də "Microsoft"un həmtəsisçisi Pol Allen alıb. Tramp isə layneri 2011-ci ildə alıb və onun içərisini öz zövqünə uyğun dəyişdirib.


"Boeing 757" 239 sərnişin daşıya bilər, amma Trampın təyyarəsi yalnız 43 sərnişin tutumuna malikdir. Təyyarənin içərisində hər şey rahat uçuş üçün dizayn edilib. Hətta tualetlər 24 karatlıq qızılla bəzədilib./mybaku.az/